Cuma, Mayıs 18, 2007

Menim dayim

Mənim dayımın bir yaxçı səsi var. elə ki hər yerdə dostlarınnan ya ailəsilə yığışsa hətmən ondan istəllər ki onlara oxusun. Bizim ailədə bir sıra təranələr və avazlar onun adıyla tanınıp və bizler çox çox onları sevərik, xususən ki dayımın səsilə ola. Bunların biri böylədir:
“Dağlarda əsəndə payız yelləri balam,
ağac yarpağını yolmasa olmaz balam,
canani ürəkdən cannan sevənin balam,
gözləri gan yaşla dolmasa olmaz.

Qəlbim xəbər verir səadətindən balam,
o xumar gözlərin məhəbbətindən balam,
sənin bu sevdalı təbiətindən balam,
könlümdə nişana galmasa olmaz.

Yar diən danışıb dilən hər aşiq balam,
ürəkdən dərdləri bilən hər aşiq balam,
eşqin mənasını bilən hər aşiq balam,
yar yolunda qurban olmasa olmaz.”

gozəldir,demə?

Pazar, Mart 04, 2007

QILINC NAĞILI

Oxtay (Aliriza Anbdilden bir shiir):
... Bir gün varıdı, bir gün yoxudi.
İster acıq, ister toxuq.
İster yanaq dünya üçün
İster dünyalar yandıraq...
Dünyadan el üzmüş ata-
Uzandı qibleye san.
Dedi:
- Menim vardan - yoxdan bir qılıncım qalıb tekçe.
Getirsinler vidalasım.
Her bir kişi ölüme de qılınc ile getmelidir".
Böyük oğlan dedi: "Ata!
Kimden qalıb bu pas basmış çürük qılınc obamıza?
Dedi: "Oğul neyin deyim, neyi qala...
Uzun sözdür.
Men qorxuram nağıl başa çatmamışdan ölüm
meni sizden ala.
Dedi: "Ata
Kim qayırdı bunu haçan?"
Dedi: "Bunu kimse bilmir.
Deyirler ki, nece min il bundan qabaq
Qaradağda itmiş,batmış bir demirci".
Dedi: "Kimleri köçürdüb?"
Dedi:
"Dümrülün elinde ev quran imiş.
Koroğlu belinde xan qovan imiş.
Şah İsmayıl çağı top qıran imiş.
Settarxandan beri qalmış qınında"
Baxıb gördü atası da başın çekib öz qınına.
Onda gördü sesi batdı.
Boğazında şişib qalan nağıl ile qucaqlaşıb rahat
yatdı.
Çökdü oğlan:
"Atam qılınc ile yatır
Lakin bize gerek deyil daha qılınc.
Bugün qılınc neye gerek
Men özüm de qocalmışam.
İstemirem".
Ortancıl da bunu dedi:
"Hayla günler ötüb artıq
Bugün qılınc neye gerek.
Yoxsa yene al qan tökek".
Onda geldi kiçik qardaş.
Öz balaca ellerini uzatdı ki,
"Menim olsun bes ele de"
Getdi çatdı Qaflantıya,
Onda gördü Qaflantının göy quşların -
Qanad çalıb kölge saldılar başına.
Seyr etdiler heyran qaldılar yaşına.
Çiçekleri yellediler,
Daş-çınqılı denlediler...
Hezin layla söylediler
Oğlan yatdı, quşlar uçdular, getdiler.
Onda çıxdı saqqallı tat
Ayağı altda qara bir at.
Bir elinde qara barat. Bir eli de kökden kesik.
Bir gözünde qalın gözlük.
Bir gözü de ezelden yox.
Gözleri ac qursağı tox.
Başı qarpız, çöl qarpızı.
Özü alemin baldızı
Qoltuğundakı keşkülü
Hiyle, ovsun ile dolu...
Qaflantının çobanları deyirler ki,
Her il qora pişen ayda,
Hilal çıxcaq,
Çox qeribe bir ses gelir
Qızıl özen sularından.
Cavan bir ses "Qılınc" deyir, haray çekir
Onda quşlar bürüyürler göyün üzün.
Onda heç kim biler olmur
suyun sözün.

Cumartesi, Kasım 11, 2006

Music: Resid Behbudov - Collection

Sönməyən Ulduzlar - Rəşid Behbudov.

* Məzmun: Azərbaycan, Lalələr, Payız, Gözəlim sənsən, Abşerona bahar gəlir, Küçələrə su səpmişəm, Sənsiz dünya, Ağacda alma yetişib.

* Rəşid Behbudov, 1915-ci il dekabrın 14-də Tiflisdə doğulub. Uşaq yaşlarından məktəb xorunda oxuyub. 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olub. Əsgəri xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edib və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayıb. 1930-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. İlk dəfə 1939-cu ildə həmin teatrın truppasında Moskvada Ermənistan İncəsənəti günlərində iştirak edib. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə gedib. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Ü.Hacıbəyovun “Arşın mal alan” əsərində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib. SSRİ xalq artisti, Sosialist Əməyi qəhrəmanı, Dövlət mükafatı laureatı, Lenin ordeni sahibidir. 1989-cu il iyunun 9-da vəfat edib.

O olmasin, Bu Olsun (1956)

O Olmasın, Bu Olsun. Məşədi İbad. Operetta.
Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında musiqili komediya.

1956 © Baku Kinostudio, Azerbaijan

Cumartesi, Ocak 21, 2006

vətən

əzizim vətən yaxçı
koynagi kətan yaxçı
gürbət yer jənnət olsa
yenədə vətən yaxçı

Pazartesi, Ocak 16, 2006

Musiqi siti

Bir gözəl və dəyərli site tapmişam. Musiqiləri, məxsusən classic ahəngləri mənə hamıdan çox yapışdı. əlbəttə deməliəm ki bu site ərəb alfabetilə yazılıp və mən burda müstəqim musiqi parçasının linkin qoyuram bura.

Yeni il

Yeni təqvim ilini mən norvej məmləkətində geçitdim, əziz dayımın evində. Ilin təhvilindədə bir konsertə getdik ki oranın azərbaijanlıları tadarük görmüşdülər. Oynamax və oxumax çox yapışdı. Düzdür ki xanəndəni çox bəyənmədim amma eləki oynamax havasın, ləzgini goydular da dayanmax olmazıdı. Bir ağrıan dizinən zəndayınnan birlikdə ortada bir çaldırdıx ki gəl görəsən. Amma programın sonu hamıdan artix yapışdı, orda ki mənim dayımı ortaya çağırdılar ki o gözəl səsilə bir neçə mahnı bizim için oxuya və necə gozəl oxudu!

Salı, Eylül 06, 2005

ömür

Geçdi bahare ömrümüz
It kürədən geçən kimin

Gən kürədən rahat geçər
Dar kürədən geçən kimin

Hər kim bunun ədəbsiz (!) və təkmil versionun bilir zəhmət olmasa mənə yollasın.

həyat

Söz: Mədinə Gülgun

Kiminə nağıldır kiminə xəyal
Kiminə bir quru şöhrətdir həyat
Kiminin başında bir şirin röya
Kiminə sadəcə söhbətdir həyat

Kiminin başında qızıl quş olur
Kiminin ömründə yorulmuş olur
Kiminin yolunun üstə daş olur
Gah aci gah şirin şərbətdir həyat

Kiminin başında solmayan zərdir
Kiminin üzünə gülən səhərdir
Kiminin ömrünə saysız əsərdir
Kiminə sadəcə söhbətdir həyat

Perşembe, Ağustos 04, 2005

Diller

Büyün iranlı və fars dilində olan veblaglara baxırdım ki iki yazia rast gəldim. Bu yazıların biri turk yazıçısı Əziz Nəsinə görəydi. Əziz Nəsin iranda turk yazıcılarının arasında sanırım ki hamısından çox ve iyi tanınmışıdır. Bu geçən illərdə və sənələrdə əlbəttə Nazim Hekmet və Yaşar Kemalında kitabları nəşr edilmişdir. Ama iranlilara Əziz Nəsin bir ayri yeri var ürəklərdə. Onun kitabları İran inqilabdan qabax çoxlu nəşr olunurdu ama inqilabdan sonra bu yazıçıdan iki uç kitabdan sonra ayrı bir şey neşr edilmiyib. Bu mən işarə edən yazida iranlıların umumi baxışları ona bəlli olurdu. Orda bir linkde artırmışdı ki Nəsinin zindiganliğ macəralarıydı: Böyle Gelmiş Böyle Gitmez.
Ikinci yazıda genə çox calibidi çun bir Türkieli qızın baxışıydı İrana. Mene çoxlu teejubludur ki iki qonşu bir bələ biri birindən xəbərsizdilər. Hələ yaxçıdır ki iranlilar Türkieye gəlip gedillər və tanışlıxları var. Ama hər iki tərəf biri obirin Ərəblərə oxşadır və dıyır o birisi dil Ərəb dilidir. Bu söz turkie tərəfindən artiq eşidilir. Türkiyəlilər bu sözü fars dilinin alfabetinə xatir diyillər. Ama bu taydada vardılar adamlar ki diyillər türkiyəlilərin latin alfabeti səbəb olup ki olar oz dillərindeki kələmələrin köklərin tanımıalar və o haldaki dıllərində yarı kelemeler Ərəb kökü var fikr edələr ki dilləri xalis türküdü. Hərhalda mənim nəzərimə hər iki tay haqlıdılar.