Cumartesi, Kasım 11, 2006

Music: Resid Behbudov - Collection

Sönməyən Ulduzlar - Rəşid Behbudov.

* Məzmun: Azərbaycan, Lalələr, Payız, Gözəlim sənsən, Abşerona bahar gəlir, Küçələrə su səpmişəm, Sənsiz dünya, Ağacda alma yetişib.

* Rəşid Behbudov, 1915-ci il dekabrın 14-də Tiflisdə doğulub. Uşaq yaşlarından məktəb xorunda oxuyub. 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olub. Əsgəri xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edib və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayıb. 1930-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. İlk dəfə 1939-cu ildə həmin teatrın truppasında Moskvada Ermənistan İncəsənəti günlərində iştirak edib. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə gedib. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Ü.Hacıbəyovun “Arşın mal alan” əsərində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib. SSRİ xalq artisti, Sosialist Əməyi qəhrəmanı, Dövlət mükafatı laureatı, Lenin ordeni sahibidir. 1989-cu il iyunun 9-da vəfat edib.

1 yorum:

Adsız dedi ki...

merhaba Oxtay bey. Bir Azeri dost edineyim diye Google'da "azeri blogspot" yazdım ve blogunuzu bu şekilde buldum. Şu anda fazla inceleyemedim fakat ilerde yazılarınızı okuyacağım. Ben Türkiye, Ankara'da yaşıyorum. Tanıştığımıza memnun oldum.